“Makkabi” komandası heyətini yeni futbolçu ilə gücləndirib

7 Oktyabr 2020 09:23

Xəbər 678 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olan İsrailin “Makkabi” komandası heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, Təl-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının “Bidvest Uits” klubundan Rouen Hümanı heyətinə qatıb. On doqquz yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.Xatırladaq ki, “Qarabağ” klubu “Makkabi” ilə oktyabrın 22-də səfərdə, dekabrın 3-də isə evdə qarşılaşacaq.xeber100.com