Tennis üzrə açıq çempionatın finalçıları müəyyənləşib

10 Oktyabr 2020 18:28

Xəbər 485 dəfə oxunub

Oktyabrın 10-da tennis üzrə Fransanın açıq çempionatının (“Roland Garros”) finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin ilk yarımfinal görüşündə ispaniyalı tennisçi Rafael Nadal argentinalı Dieqo Şvartsmanla qarşılaşıb. Üç setlik mübarizədə Nadal üstün olub – 6:3, 6:3, 7:6 (7:0). Görüş 3 saat 12 dəqiqə davam edib.Yarımfinal mərhələsinin ikinci görüşündə dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçlə (Serbiya) yunanıstanlı tennisçi Stefanos Tsitsipas qarşılaşıb.Üç saat 58 dəqiqə keçən gərgin görüş serbiyalının 6:3, 6:2, 5:7, 4:6, 6:1 qələbəsi ilə yekunlaşıb.Turnirin həlledici görüşü oktyabrın 11-də keçiriləcək.Qeyd edək ki, qadınların fərdi mübarizəsində həlledici görüşdə polşalı İqa Şvyontek və ABŞ-dan olan Sofiya Kenin üz-üzə gələcək.xeber100.com