Norveçdə şahmat üzrə super turnir davam edir

10 Oktyabr 2020 18:51

Xəbər 541 dəfə oxunub

Norveçin Stavanger şəhərində start götürən şahmat üzrə super turnir davam edir.Azərtac xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen turnirin dördüncü turunda amerikalı Fabiano Karuananı ağ fiqurlarla məğlub edib.İranlı Alireza Firuzca (Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynayır) erməni Levon Aronyanı qaralarla məğlub edib, Norveçin digər təmsilçisi Aryan Tari polşalı Yan Kşiştov Dudadan daha güclü olduğunu sübut edib.Dörd turdan sonra M.Karlsen (9 xal) turnir cədvəlinə başçılıq edir. A.Firuzdja, F.Karuana (hər biri 7 xal), A.Tari (1,5 xal) və Y.K.Duda (1 xal) sonrakı yerlərdə qərarlaşıblar.Altı şahmatçının iştirakı ilə keçirilən turnir oktyabrın 16-dək davam edəcək.Stavangerdəki şahmat turniri 2013-cü ildən keçirilir. Bundan əvvəl keçirilmiş yarışın qalibi Maqnus Karlsen olub.xeber100.com