“Barselona” futbol klubu 4 futbolçusu ilə müqaviləni yeniləyib

21 Oktyabr 2020 14:55

Xəbər 460 dəfə oxunub

İspaniyanın “Barselona” klubu 4 futbolçusu ilə müqaviləni yeniləyib.Azərtac klubun saytına istinadla xəbər verir ki, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike, Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur.Pike ilə 2024-cü, Ter Ştegenlə isə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Hər iki futbolçunun təzminat haqqı 500 milyon avro qiymətləndirilib.De Yonq və Lanqlenin müqaviləsi isə 2026-cı ilin yayınadək uzadılıb. De Yonqun təzminat qiyməti 400, Lanqlenin isə 300 milyon avrodur.xeber100.com