Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində

23 Oktyabr 2020 13:53

Xəbər 490 dəfə oxunub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, komandamız Varşavada Bakı vaxtı ilə saat 19:00-da Polşa millisi ilə qarşılaşacaq.Oyunu sloveniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Tanya Subotiç olacaq. Ona Helena Buh və Sladyana Yoviçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.xeber100.com