Milli Basketbol Assosiasiyası tribunalara tamaşaçı girişini məhdudlaşdıracaq

6 Noyabr 2020 12:37

Xəbər 483 dəfə oxunub

Milli Basketbol Assosiasiyası (MBA) qarşıdakı mövsümdə tribunalara tamaşaçı girişini məhdudlaşdıracaq.Xarici KİV-lər xəbər verir ki, MBA sosial məsafəyə, maska rejiminə və koronavirus testlərinə riayət edilməsini nəzərə almaqla arenanın tribunalarına azarkeşlərin 25-50 faizinin buraxılmasını planlaşdırır.Qurumun rəhbərliyi növbəti mövsümə dekabrın 22-də start veriləcəyini bildirib.MBA-nın sonuncu mövsümü oktyabrın 12-də başa çatıb.xeber100.com