Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən…

17 Noyabr 2020 12:52

Xəbər 539 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyasının (İJF) İcraiyyə Komitəsi 2020-ci ildə keçirilməsi planlaşdırılan Dünya Cüdo Turunun dayandırılmasına qərar verib.Azərtac təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, oktyabr ayının sonunda Macarıstanda “Böyük dəbilqə” yarışının uğurla təşkilindən sonra IJF ilin sonuna qədər dünya turu çərçivəsində ən azı daha bir turnir keçirəcəyini planlaşdırsa da, bu, baş tutmayıb: “Keçirilməsi nəzərdə tutulan yarış Xorvatiyada baş tutacaq Zagreb Qran-Prisi idi. Qlobal sağlamlıq böhranı dünyanın əksər yerlərində şiddətləndiyi və getdikcə daha çox ölkədə COVID-19 virusunun yayılması hamını ciddi tədbirlər görməyə sövq edir. Hazırkı vəziyyətdə yarışların qadağan olunduğu, bəzi hallarda idmançılar üçün məşqlərin belə mümkün olmadığına görə təşkilat Dünya Cüdo Turu yarışlarının təşkilini dayandırmağa qərar verib”.İJF-nin prezidenti Marius Vizer hazırkı pandemiya şəraitində yaranmış vəziyyətə görə təəssüf hissi keçirdiyini bildirib. O, qeyd edib ki, dünya xalqlarının təhlükəsizliyini təmin etmək üçün hökumətlərin səylərinə hörmətlə yanaşılmalıdır. M.Vizer qurumun 2021-ci ilin gələn ilin yanvar ayında Qatarda keçiriləcək “Masters” turnirinin yüksək səviyyədə təşkili üçün səy göstərəcəyini bildirib.Qeyd edək ki, Azərbaycan komandası bu il Dünya Cüdo Turu çərçivəsində keçirilmiş dörd turnirin hamısında iştirak edib. Belə ki, pandemiya başlamazdan əvvəl Parisdə və Düsseldorfda təşkil edilən “Böyük dəbilqə” ilə yanaşı, Təl-Əviv Qran-Prisi və uzun fasilədən sonra keçirilən Budapeşt “Böyük dəbilqə”sində komandamız 7 medal – bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar.Qeyd edək ki, Azərbaycanın cüdo yığması noyabrın 19-da Praqada start götürəcək Avropa çempionatında iştirak edəcək. Yığmamız qitə çempionatında 14 cüdoçu ilə təmsil olunacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02