Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, günün son matçında “Zirə” “Keşlə”ni qəbul edib.Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin qollarını 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə isə Ağabala Ramazanov vurub.Qarşılaşmanın 74-cü dəqiqəsində isə “Zirə”nin digər legioneri Klesio Bauk avtoqol müəllifi olub. Mozambikli oyunçu 90+4-cü dəqiqəsində isə rəqib qapısına yol tapıb.Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran qəsəbə təmsilçisi 2-ci pilləyə yüksəlib. “Keşlə” isə 12 xalla 5-cı sırada qərarlaşıb.Qeyd edək ki, günün ilk matçında “Neftçi” “Qəbələ”ni səfərdə 4:1 hesabı ilə məğlub edib. İlk oyun günündə “Qarabağ” “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub edib.Tura noyabrın 23-də “Sabah” – “Səbail” görüşü ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…