İspaniya La Liqasının 10-cu turun mərkəzi qarşılaşması keçirilib

23 Noyabr 2020 13:30

Xəbər 555 dəfə oxunub

Noyabrın 21-də futbol üzrə İspaniya La Liqasının 10-cu turun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Vanda Metropolitano” stadionunda iki əzəli rəqib “Atletiko Madrid” və “Barselona” komandaları üz-üzə gəlib.Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb – 1:0.Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə Yannik Korrasko olub.Bu qələbədən sonra “Atletiko Madrid” 20 xalla ikinci pilləyə yüksəlib. “Barselona” isə 11 xalla 10-cu yerdə qərarlaşıb.xeber100.com