Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyununu keçirəcək.Azərtac xəbər verir ki, Ağdam klubu I qrupundakı 4-cü tur matçında Türkiyə “Sivasspor”u ilə qarşılaşacaq.Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. “Köhlən atlar” bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.Hər iki komanda matça ciddi itkilərlə çıxacaq. “Qarabağ”da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar. Digər zədəlilər – Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacaqları sual altındadır. “Sivasspor”da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyəcəklər. Onların arasında əsas heyət üzvlərinin də olduğu bildirilir.Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Qrupun digər matçında İspaniya “Vilyarreal”ı İsraildə Təl-Əviv “Makkabi”si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…