“Sabah” futbol klubu Premyer Liqada 50-ci qolunu vurub

1 Dekabr 2020 21:09

Xəbər 659 dəfə oxunub

Bakının “Sabah” futbol klubu Premyer Liqada 50-ci qolunu vurub.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, yubiley XI turun “Keşlə” ilə oyununa (1:1) təsadüf edib. Görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.“Sabah” 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakı təmsilçisi evdə 27, səfərdə 23 dəfə fərqlənib. Klub 2018-2019-cu il mövsümündə 20, 2019-2020-ci il mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.Qeyd edək ki, “Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də “Keşlə” ilə matçda (1:0) vurub.xeber100.com