Dekabrın 3-də Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.Azərbaycan çempionu matça ciddi itkilərlə çıxacaq. Komandanın ən böyük çatışmazlığı baş məşqçi Qurban Qurbanovun texniki zonada yer almaması olacaq. Qırx səkkiz yaşlı mütəxəssis koronavirusa yoluxduğu üçün Türkiyəyə getməyib. Mahir Emreli, Maksim Medvedev və Abbas Hüseynov da eyni səbəbdən oyunda iştirak edə bilməyəcəklər. Həmçinin milli komandanın düşərgəsindən qayıtdıqdan sonra koronavirus testinin nəticəsi pozitiv çıxan Musa Qurbanlının son iki testi neqativ nəticələnsə də, futbolçu məşqlərdən uzaq olduğu üçün heyətdə yer almayıb. Bədavi Hüseynov və Patrik Andrade isə zədə üzündən matçı buraxmalı olacaqlar. Əvəzində koronavirusdan sağalmış Rahil Məmmədov kollektivə qoşulub.Bu oyun qrupda heç bir iddiası qalmayan Azərbaycan çempionu üçün formal xarakter daşıyacaq. Lakin matçın nəticəsi ikinci yer uğrunda mübarizə aparan “Makkabi” və Türkiyənin “Sivasspor” klubları üçün əhəmiyyət daşıyır. Hazırda I qrupa 10 xalla İspaniyanın “Vilyarreal” komandası başçılıq edir. Təl-Əviv təmsilçisi 7 xalla ikinci, “Sivasspor” klubu isə 6 xalla üçüncü sırada qərarlaşıb. “Qarabağ” isə bütün görüşlərdə uduzub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…