Bu gün Bəhreynin Sahir trasında Formula 1 üzrə dünya çempionatının 16-cı mərhələsi start götürür.Azərtac xəbər verir ki, Bəhreyn artıq ardıcıl olaraq, ikinci turnirə ev sahibliyi edəcək. Budəfəki yarış Sahir avtodromunda başqa konfiqurasiyada keçiriləcək. Yarışın keçiriləcəyi dövrə cari təqvimdə ən qısa olacaq – 3543 kilometr. Pilotlar 87 dövrə qət edəcəklər. Seçmə mərhələdə sürücülərin bir dövrəni təxminən 55 saniyəyə, yarışda isə bir dəqiqəyə başa vurması gözlənilir.Bəhreyndəki son yarış zamanı fransız Roman Qrojan qəza səbəbindən aldığı zədələrə görə, qarşıdakı mərhələni buraxmaq məcburiyyətində qalıb. Q.Qrojanı ikiqat dünya çempionu Emerson Fittipaldinin nəvəsi Petro Fittipaldi əvəzləyəcək.Yarışın digər iştirakçısı, Bəhreyindəki ötən mərhələnin qalibi olmuş Luis Hamilton da budəfəki turnirdə iştirak edə bilməyəcək. Britaniyalı pilotun koronavirusa görə verdiyi testin nəticəsi müsbət olub. Yeddiqat dünya çempionunu “Williams”ın üzvü gənc pilot Corc Rassel əvəz edəcək.Qeyd edək ki, Bəhreyn 2004-cü ildən Formula 1 yarışlarına ev sahibliyi edir. Ötən illər ərzində, yalnız 1 dəfə – 2011-ci ildə ölkədəki qeyri-sabit vəziyyətə görə mərhələ ləğv edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…