Qətərin paytaxtı Doha Asiya Oyunlarına ev sahibliyi edəcək

17 Dekabr 2020 14:36

Xəbər 476 dəfə oxunub

Qətərin paytaxtı Doha 2030-cu il Asiya Oyunlarına ev sahibliyi edəcək.Azərtac xəbər verir ki, dekabrın 16-da Asiya Olimpiya Şurası bununla bağlı qərarını açıqlayıb. Oyunların keçirilməsinə digər namizəd – Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad isə 2034-cü ildə Asiya Oyunlarını qəbul edəcək.Asiya Olimpiya Şurasının İcraiyyə Komitəsi Dohanın namizədliyini yekdilliklə dəstəkləyib. Şuranın prezidenti Şeyx Əhməd Əl-Fəhad Əl-Sabah bəyan edib ki, Qətər Dövlətinin paytaxtı Oyunların keçirilməsi üçün bütün tələblərə cavab verir.İcraiyyə Komitəsinin iclasında səsvermə COVID-19 pandemiyası səbəbindən onlayn sistemi ilə keçirilib. Qeyd edək ki, Doha bundan əvvəl – 2006-cı ildə də Asiya Oyunlarına ev sahibliyi edib. Qətər paytaxtında idman infrastrukturunun 90 faizinin mötəbər idman yarışları üçün hazır olduğu bildirilir.xeber100.com