Futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turuna start verilib

19 Dekabr 2020 19:11

Xəbər 469 dəfə oxunub

Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turuna start verilib.Azərtac xəbər verir ki, turun açılış görüşündə son çempion “Liverpul” səfərdə “Kristal Palas”ın qonağı olub.Görüş “Liverpul”un 7:0 hesablı qələbəsi ilə başa çatıb.Mersessayd təmsilçisinin heyətində Takumu Minamino, Sadio Mane, Roberto Firmino (2), Məhəmməd Salah (2) və Jordan Henderson fərqləniblər.Bu qələbə sayəsində “Liverpul” xal ehtiyatını 31-ə çatdıraraq, turnir cədvəlində liderliyini davam etdirir. “Kristal Palas” isə 18 xalla 12-ci yerdə qərarlaşıb.Turun ilk oyun günündə “Mançester Siti” səfərdə “Southemton” komandasının qonağı olacaq. “Everton” isə “Arsenal”ı qəbul edəcək.xeber100.com