Şahmat üzrə klublararası Avropa kuboku yarışı başa çatıb

23 Dekabr 2020 12:07

Xəbər 562 dəfə oxunub

Şahmat üzrə klublararası Avropa kuboku yarışı başa çatıb.Azərtac xəbər verir ki, turnirin finalında son beş oyunda mübarizə aparan Azərbaycanın qadınlardan ibarət “Odlar yurdu” komandası Macarıstanın “Hello Sacc” kollektivini, daha sonra Fransanın “Tremblay en France” komandasını məğlub etsə də, sonrakı qarşılaşmalarda “Monte Karlo” (Monako), “Kiyev Şahmat Federasiyası” ( Ukrayna) və “Ugra” (Rusiya) yığmalarına məğlub olub. Heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı yığmamız yekun nəticədə 6 xalla doqquzuncu yerdə qərarlaşıb.Turnirin qalibi 14 xalla Monakonun “Monte Karlo” yığması olub.xeber100.com