Lionel Messi Türkiyə səfərini təxirə salmalı olub

17 İyul 2016 10:14

Xəbər 1492 dəfə oxunub

Futbol üzrə “Barselona” və Argentina milli komandasının hücumçusu Lionel Messi Türkiyə səfərini təxirə salmalı olub. Azərtac xəbər verir ki, buna səbəb həmin ölkədə hərbi çevrilişə cəhdlə bağlı baş verən hadisələrdir. Ulduz futbolçunun Türkiyəyə getməkdə məqsədi xeyriyyə matçında iştirak məsələsini müzakirə etmək idi. Bunu Messinin Katalon klubunda keçmiş komanda yoldaşı olmuş, hazırda “Antalyaspor”da çıxış edən kamerunlu hücumçu Samuel Eto O təşkil edir. “Barselona”nın mətbuat xidməti Messinin Türkiyə səfərini təxirə salmasını təsdiqləyib. Onun komanda yoldaşı Andres İnyesta da bu səfərdən vaz keçib. Onların türkiyəli komanda yoldaşı Arda Turan, eləcə də “Barselona”nın keçmiş futbolçuları Karles Puyol, Deku, Erik Abidal artıq Türkiyəyə gəliblər.xeber100.com