“Airthings Masters” turnirinin final oyunlarına start veriləcək

2 Yanvar 2021 19:45

Xəbər 545 dəfə oxunub

Bu gün “Champions Chess Tour” çərçivəsində onlayn “Airthings Masters” turnirinin final oyunlarına start veriləcək.Azərtac xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov həlledici mərhələdə ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.Qeyd edək ki, şahmatçımız yarımfinalın iki matçında rusiyalı Daniil Dubovu 5:1 hesabla məğlub edərək finala yüksəlib.Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır ki, onun da 60 mini qalibə çatacaq.xeber100.com