“Səbail” futbol komandası üç futbolçusu ilə yollarını ayırıb

4 Yanvar 2021 14:54

Xəbər 492 dəfə oxunub

Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” komandası üç futbolçusu ilə yollarını rəsmən ayırıb.Azərtac xəbər verir ki, Murad Qayalı və Əli Sadıxovla qarşılıqlı razılıq əsasında müqaviləni pozan paytaxt təmsilçisi “Sabah”dan cari mövsümün sonunadək icarəyə götürdüyü Arsen Ağcabəyovu da geri qaytarıb.Qeyd edək ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev daha əvvəl Orxan Qurbanlı ilə də vidalaşdıqlarını açıqlayıb.xeber100.com