“Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib

4 Yanvar 2021 14:54

Xəbər 427 dəfə oxunub

İspaniyanın “Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Bilbao təmsilçisi Marselino Qarsiya Torala tapşırılıb.Əlli beş yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Qaiska Qaritanonu əvəzləyib.Qeyd edək ki, Toral daha əvvəl İspaniyanın “Valensiya”, “Vilyarreal”, “Sevilya”, “Rasinq”, “Saraqosa”, “Rekreativo”, “Sportinq” və “Lealtade” komandalarına rəhbərlik edib.xeber100.com