İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib

3 Yanvar 2021 15:02

Xəbər 470 dəfə oxunub

Yanvarın 3-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, lider “Milan” səfərdə “Benevento” komandasının qonağı olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Milanlılar hesabı oyunun 15-ci dəqiqəsində açıb. Hakimin təyin etdiyi penaltini Frank Kessi dəqiq zərbə ilə tamamlayıb. Görüşün 34-cü dəqiqəsində “Milan”nın futbolçusu Sandro Tonali qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalmalarına baxmayaraq fasilədən sonra “Milan” yenidən fərqlənib. Rafael Leao qapıçının səhvini bağışlamayıb. Oyunun 61-ci dəqiqəsində “Benevento” 11 metilik cərimə zərbəsini vura bilməyib.Bu qələbədən sonra “Milan” 37 xalla liderliyini davam edir. “Benevento” isə 18 xalla 10-ci yerdə qərarlaşıb.Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında və top-5 liqalarda cari mövsüm uduzmayan yeganə klubdur.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“İnter” – “Krotone” – 6:2;

“Atalanta” – “Sassuolo” – 5:1;

“Genoa” – “Latsio” – 1:1;

“Kalyari” – “Napoli” – 1:4;

“Parma” – “Torino” – 0:3;

“Roma” – “Sampdoriya” – 1:0;

“Spezia” – “Verona” – 0:1;

“Fiorentino” – “Bolonya” – 0:0.xeber100.com