“Sabah” klubu futbolçusu ilə müqavilə müddətini uzadıb

6 Yanvar 2021 11:39

Xəbər 464 dəfə oxunub

“Sabah” klubu futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.Azərtac kluba istinadla xəbər verir ki, yeni müqavilənin müddəti 2023-cü ilin iyun ayınadək nəzərdə tutulub.Futbolçu 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. İyirmi bir yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib və 2 qola imza atıb.Qeyd edək ki, futbolçunun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.xeber100.com