Şahmat üzrə “Karabakh is Azerbaijan” seriyasından ilk turnir keçirilib

18 Yanvar 2021 09:28

Xəbər 517 dəfə oxunub

Şahmat üzrə “Karabakh is Azerbaijan” seriyasından ilk turnir keçirilib.Azərtac xəbər verir ki, “Chess.az” saytının təşkil etdiyi seriya yarışının ilk turniri olan “Jabrail Cup”da Azərbaycan və Türkiyə şahmatçıları mübarizə aparıblar. Ümumilikdə 67 şahmatçının iştirak etdiyi turnirin qalibi azərbaycanlı zəka sahibi Elnur Mehtiyev (10 xal) olub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Orxan Bağırov (8 xal) və Kənan İsbatov (6 xal) qərarlaşıblar.Qeyd edək ki, seriya ümumilikdə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar toplayacaqlar.xeber100.com