“Hitech” komandası yeni mövsüm üçün heyətini açıqlayıb

16 Yanvar 2021 09:42

Xəbər 642 dəfə oxunub

Formula 3 yarışında çıxış edən “Hitech” komandası yeni mövsüm üçün heyətini açıqlayıb.Azərtac xəbər verir ki, komanda “Red Bull”un gənclər proqramından yararlanıb. Belə ki, komanda proqramın üzvləri, Almaniya Formula 4 yarışının gümüş mükafatçısı Cek Krouford və Fransa Formula 4-ün qalibi Ayumu İvasa ilə birillik müqavilə imzalayıb.Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.xeber100.com