“Latsio” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

14 Yanvar 2021 10:03

Xəbər 800 dəfə oxunub

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac klubun rəsmi saytında istinadla xəbər verir ki, komanda Dmitriye Kamenoviç ilə müqavilə imzalayıb. İyirmi yaşlı müdafiəçi ilə üçillik anlaşma əldə olunub. Bunun üçün “Latsio” “Çukariçki” klubuna 3 milyon avro ödəyəcək.Qeyd edək ki, Kamenoviç 2019-cu ildən Serbiyanın yüksək dəstəsində oynamağa başlayıb. İndiyə qədər bu komandada 26, ölkəsinin U-21 millisində 4 oyun keçirib.xeber100.com