“Barselona”nın futbolçusu “Nitsa” futbol klubuna keçib

2 Fevral 2021 16:22

Xəbər 496 dəfə oxunub

“Barselona”nın gənc futbolçusu Jan-Kler Todibo “Nitsa” klubuna keçib.Azərtac xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.Fransa təmsilçisi 21 yaşlı müdafiəçini satınalmaq şərti ilə mövsümün sonunadək icarəyə götürüb.Qeyd edək ki, Jan-Kler Todibo sonuncu dəfə icarə əsasında “Benfika”da çıxış edib.xeber100.com