Niderlandın Veyk-an-Zee şəhərində ənənəvi “Tata Steel Masters” superturniri başa çatıb.Azərtac xəbər verir ki, 15 gün davam edən mötəbər turnir sürpriz şahmatçının – niderlandlı Yorden Van Forestin (8,5 xal) qələbəsi ilə nəticələnib. Çətin ki, turnirdən əvvəl kimsə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, amerikalı Faniano Karuana, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca kimi şahmatçıların iştirakı ilə baş tutan turnirin qalibinin gənc şahmatçı Yorden Van Forestin olacağını proqnozlaşdıra bilərdi. Turnir boyu parlaq olduğu qədər də, ehtiyatlı oyun sərgiləyən Yorden, yekunda yarışı həmyerlisi Aniş Giri ilə eyni göstəricilərlə bitirib. Armaqeddona qədər uzanan tay-brekdə isə Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq “Tata Steel Masters” kimi mötəbər yarışın qalibi olub.Yekun nəticələrə görə, Aniş Giri (8,5 xal) ikinci, rusiyalı Andey Yesipenko (8 xal) üçüncü yerləri tutublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…