“Səbail” futbol klubu 800 manat məbləğində cərimələnib

4 Fevral 2021 18:25

Xəbər 439 dəfə oxunub

AFFA İntizam Komitəsi “Səbail” klubunu 800 manat məbləğində cərimələyib.Azərtac xəbər verir ki, buna paytaxt təmsilçisinin “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.“Kəpəz” klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin 4 futbolçusu “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları dörddəbir finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırlıb.xeber100.com