Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

4 Fevral 2021 18:31

Xəbər 405 dəfə oxunub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.Azərtac AFFA-ya istinadla xəbər verir ki, İspaniya ilə oyun saat 20:00-da, Moldova komandası ilə qarşılaşma isə saat 18:00-da başlayacaq.Hər iki qarşılaşma ASK Arenada keçiriləcək.Qeyd edək ki, İspaniya ilə qarşılaşma fevralın 18-də, Moldova ilə oyun isə ayın 23-də təşkil olunacaq.xeber100.com