İngiltərənin “Bornmut” futbol klubu baş məşqçi ilə yollarını ayırıb

3 Fevral 2021 18:59

Xəbər 515 dəfə oxunub

İngiltərənin “Bornmut” futbol klubu baş məşqçi ilə yollarını ayırıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, Ceyson Tindell istefaya göndərilib. Klub rəhbərliyi komandanın cari Çempionşip mövsümündəki nəticələrini analiz edəndən sonra bu qərarı verib. Boş qalmış posta kimin gətiriləcəyi haqda məlumat verilmir.Qırx üç yaşlı Tindell 2012-ci ildən “Bornmut”da köməkçi-məşqçi kimi çalışıb. 2020-ci ilin avqustunda isə baş məşqçi vəzifəsinə gətirilib.Qeyd edək ki, “Bornmut” 42 xalla 6-cı pillədə qərarlaşıb. Komanda lider “Norviç”dən 13 xal geri qalır.xeber100.com