Beynəlxalq Şahmat Federasiyası şahmatçılara maliyyə dəstəyi göstərəcək

11 Fevral 2021 18:03

Xəbər 531 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu il də veteran şahmatçılara illik maliyyə dəstəyi göstərəcək.Azərtac xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytında məlumat verilib.Məlumatda bildirilir ki, vəsait şahmatın inkişafında böyük əməyi olan, lakin hazırda maliyyə vəziyyəti sabit olmayan və yaşı 65-dən yuxarı şahmatçılar, məşqçilər və mütəxəssislər üçün nəzərdə tutulub. Bu il üçün veteran şahmatçılara göstəriləcək maliyyə vəsaitinin miqdarı hələ müəyyənləşməyib.Ötən il bu məqsədlə 56 min avro vəsait ayrılmışdı.xeber100.com