“Keşlə” futbol klubu nigeriyalı futbolçunu transfer etmək istəyir

12 Fevral 2021 19:25

Xəbər 621 dəfə oxunub

“Qəbələ”nin heyətində saxlamaq istəmədiyi Ceyms Adeniyi karyerasını elə Azərbaycanda davam etdirə bilər. Belə ki, “Keşlə” nigeriyalı futbolçunu transfer etmək istəyir.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi təcrübəli futbolçu ilə ilkin danışıqlar da aparıb. Adeniyinin icarə əsasında “Keşlə”də oynaması da mümkündür.Qeyd edək ki, qış transfer pəncərəsində Adeniyinin İsrailin “Hapoel” (Kiryat Şimona) klubuna keçəcəyi gözlənilsə də, keçid müəyyən səbəblərdən reallaşmamışdı.xeber100.com