Beynəlxalq Triatlon Birliyi növbəti təqvimini açıqlayıb

16 Fevral 2021 15:23

Xəbər 441 dəfə oxunub

Beynəlxalq Triatlon Birliyi (BTİ) yeni mövsümün təqvimini açıqlayıb.Azərtac xəbər verir ki, mövsüm mayın 8-9-da Osakada (Yaponiya) keçiriləcək dünya kuboku ilə açılacaq. Cari ildə, ümumilikdə, 9 turnirin təşkili planlaşdırılır.Dünya triatlon seriyasına gəlincə, ilk mərhələ mayın 15-də Yokohamada (Yaponiya) baş tutacaq.Xatırladaq ki, əvvəllər qurumun İcraiyyə Komitəsi Olimpiya seçmə yarışlarının mayın 1-dən sonra davam etdirilməsinə qərar verib.xeber100.com