“Mançester Yunayted” futbolçusu ilə yeni anlaşma imzalayıb

16 Fevral 2021 16:52

Xəbər 519 dəfə oxunub

“Mançester Yunayted” futbolçusu Meyson Qrinvud ilə yeni anlaşma imzalayıb.Azərtac xəbər verir ki, klub 19 yaşlı forvard ilə razılığa gəlib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Müqavilənin müddəti 2025-ci ilə qədərdir və bir il uzatmaq şərti var.Qeyd edək ki, 6 yaşından klub akademiyasında çıxış edən Meyson 2018-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.xeber100.com