“Sabah” futbol klubu heyətini müdafiəçi ilə gücləndirib

18 Fevral 2021 20:07

Xəbər 579 dəfə oxunub

Bakının “Sabah” futbol klubu heyətini müdafiəçi ilə gücləndirib.AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, ukraynalı müdafiəçi Zurab Oçiqava ilə imzalanan müqaviləyə əsasən futbolçu cari mövsümün sonunadək komandanın formasını geyinəcək.İyirmi beş yaşlı Z.Oçiqava karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-2015), “Dinamo-2” (Kiyev, 2015-2016), “Dinamo” (Kiyev, 2016-2017), “Olimpik” (Donetsk, 2017-2018), “Dnepr-1” (2018-2019), “Vorskla” (2019-2020) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukraynanın U-21 millisinin üzvü olub.Futbolçu yeni komandasında 3 nömrəli formada çıxış edəcək.xeber100.com