Avropa Voleybol Konfederasiyasından yeni təyinat

24 Fevral 2021 11:39

Xəbər 486 dəfə oxunub

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.Azərtac xəbər verir ki, həmyerlimiz qadın voleybolçular arasında Çağırış kuboku yarışlarının yarımfinal oyunları çərçivəsində Türkiyənin “Türk Hava Yolları” və “Yeşilyurt” komandaları arasında keçiriləcək görüşləri idarə edəcək.Z.Hacıyev Burhan Felek Voleybol Salonunda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda ikinci referi funksiyasını yerinə yetirəcək. O, hər iki qarşılaşmanı yerli İlhami Senyurt ilə idarə edəcək.Görüşlər martın 2-3də təşkil olunacaq.xeber100.com