Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.Gecənin maraq doğuran görüşü İtaliyada “Atalanta” və “Real Madrid” komandaları arasında oynanılıb. Gərgin keçən görüş “Real Madrid”in minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 86-cı dəqiqədə Ferlan Mendi olub.Bu matça “Atalanta” 17-ci dəqiqədə azlıqda qalıb. Oyunun baş hakimi Remo Floyleri meydandan kənarlaşdırılıb.Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilib. Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb. Görüş Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Bernardo Silva və Qabriel Jesus fərqləniblər.Bu komandalar arasında cavab matçları martın 17-də təşkil ediləcək.Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” komandası “Yuventus”u 2:1, “Borussiya Dortmund” klubu “Sevilya”nı 3:2, “Çelsi” səfərdə “Atletiko Madrid”i 1:0, “Bavariya” isə səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…