Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhəri müəyyənləşdirib.Azərtac xəbər verir ki, Avstraliyanın Kvinslend ştatının Brisben şəhəri əsas namizəd şəhər kimi təsdiqlənib. Bu barədə BOK prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib. Bununla bağlı son qərar BOK-un sessiyasında veriləcək.2019-cu ilin iyun ayında BOK olimpiadaların paytaxtını seçmək üçün adi prosedurdan uzaqlaşıb. Belə ki, indi Olimpiya Xartiyasında Olimpiadanın keçirilməsindən yeddi il əvvəl namizəd şəhərin seçilməsi ilə bağlı heç bir tələb yoxdur. BOK-un bundan sonra daimi və ya müvəqqəti idman və infrastruktur obyektlərinin olmasına üstünlük verəcəyi bildirilib. Eyni zamanda, artıq şəhərlər Oyunlara ev sahibliyi etmək hüququ uğrunda bir-biri ilə yarışmayacaq. Bunun əvəzinə, yay və qış Oyunları üçün xüsusi komissiyalar yaradılacaq ki, ən uyğun variantın seçilməsi onlara həvalə ediləcək.Qeyd edək ki, Brisbendən əlavə, Doha (Qətər), Budapeşt (Macarıstan), Almaniyanın Reyn-Rur bölgəsi, Çinin Çendu və Çunçin şəhərləri əvvəllər 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək arzusunu bildiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…