UEFA Çempionlar Liqasının final oyunu ABŞ-da keçirilə bilər

26 Fevral 2021 14:05

Xəbər 387 dəfə oxunub

UEFA Çempionlar Liqasının (ÇL) final oyunu ABŞ-da keçirilə bilər.Azərtac xəbər verir ki, UEFA-nın prezidenti Aleksander Çeferin Avropa sərhədlərini aşmağı planlaşdırır.Sloveniyalı futbol funksionerinin rəhbərlik etdiyi qurum 2024-cü ildən etibarən Çempionlar Liqasında inqilaba hazırlaşır. Maksimum sayda klubun iştirakının planlaşdırıldığı yeni formata əsasən, hədəflərdən biri də başqa qitədə final görüşü təşkil etməkdir. Bu səbəbdən Nyu-York 2025-ci ildəki finala ev sahibliyi etmək üçün mümkün namizəd sayılır.Çempionlar Liqasının finalı bu il İstanbulda, gələn il Sankt-Peterburqda, 2023-cü ildə Münhendə, 2024-cü ildə isə Londonda baş tutacaq.xeber100.com