“Tottenhem” futbol klubunun qapıçısı komanda rekorduna imza atıb

1 Mart 2021 14:03

Xəbər 573 dəfə oxunub

İngiltərənin “Tottenhem” futbol klubunun qapıçısı Uqo Loris komanda rekorduna imza atıb.Azərtac xəbər verir ki, 35 yaşlı qolkiper buna ötən gün Premyer Liqanın 26-cı turunda “Bernli” ilə matçda (4:0) qol buraxmamaqla nail olub. Yerli çempionatda 285-ci oyununa çıxan U.Loris həmin görüşlərdən 100-də qapısını toxunulmaz saxlamağı bacarıb. Bu isə “Tottenhem” tarixi üçün ən yaxşı göstərici sayılır. Beləliklə, fransalı qapıçı klub rekorduna imza atıb.Premyer Liqada qapısını ən çox oyunda toxunulmaz saxlayan “Çelsi”nin və “Arsenal”ın sabiq qolkiperi Petr Çexdir. O, 202 matçda qol buraxmayıb.Qeyd edək ki, hazırda turnir cədvəlində “Tottenhem” 39 xalla 8-ci pillədə qərarlaşıb.xeber100.com