Martın 24-də Portuqaliya-Azərbaycan oyunu keçiriləcək

4 Mart 2021 12:32

Xəbər 688 dəfə oxunub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, “Yuventus” klubuna məxsus stadionda təşkil olunacaq.Azərtac xəbər verir ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və “Yuventus” klubundan göndərilib. AFFA tərəfindən isə razılıq verilib.Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edib.xeber100.com