Futbol üzrə dünya çempionatının seçmə mərhələsində

9 Mart 2021 12:15

Xəbər 440 dəfə oxunub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində müsabiqədənkənar iştirak edən Qətər milli komandasının martın 27-də Avstriyanın paytaxtı Vyanada Azərbaycan millisinə qarşı keçirməli olduğu oyunun məkanı dəyişdirilib.Azərtac xəbər verir ki, UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Macarıstanın Debretsen şəhərindəki “Nagyerdei” stadionunda keçiriləcəyi qeyd olunub.Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.xeber100.com