“Zirə” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

9 Mart 2021 12:20

Xəbər 460 dəfə oxunub

Bakının “Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi Fakundo Melivilo ilə müqavilə imzalanıb.İyirmi səkkiz yaşlı hücumçunun sözləşməsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.Qeyd edək ki, argentinalı futbolçu daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, “Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.xeber100.com