İngiltərə Premyer Liqasında ən yaxşı məşqçinin adı açıqlanıb

13 Mart 2021 18:39

Xəbər 443 dəfə oxunub

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisinin adı açıqlanıb.Azərtac qurumun saytına istinadla xəbər verir ki, bu mükafata “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb.O, ardıcıl ikinci dəfə ən yaxşı seçilib. 50 yaşlı mütəxəssis səsvermədə Nunu Eşpiritu Santu (“Vulverhempton”), Skott Parker (“Fulhem”) və Tomas Tuheli (“Çelsi”) qabaqlayıb.Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” ötən ay ölkə çempionatında 6 matça çıxıb və hamısında qələbə qazanıb.xeber100.com