Futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 42-ci dəqiqədə qonaqların hücumçusu Kayl Larin açıb. Daha sonra meydan sahiblərinin yarımmüdafiəçisi Dəniz Türüc hesaba tarazlıq gətirib. Matçın 68-ci dəqiqəsində Velinton “Beşiktaş”ı yenidən hesabda irəli çıxarıb. Lakin “Başakşəhər”in hücumçusu Demba Ba 76-cı dəqiqədə hesabı yenidən bərabərləşdirib. Buna baxmayaraq “Beşiktaş”ın yarımmüdafiəçisi Josef de Souza görüşün 85-ci dəqiqəsində komandasına qələbə qazandıran qolun müəllifi olub.Beləliklə, “Beşiktaş” səfərdə “Başakşəhər”i 3:2 hesabı ilə məğlub edərək İstanbul derbisindən qalib ayrılıb.
Turun digər oyunları aşağıdakılardır:
“Sivasspor” – “Fatih Karagümrük”;
“Alanyaspor” – “Antalyaspor”;
“Rizəspor” – “Hatayspor”;
“Kayserispor” – “Qalatasaray”;
“Ankaragücü” – “Göztəpə”;
“Ərzurumspor”– “Trabzonspor”;
“Qaziantep” – “Dənizlispor”;
“Fənərbağça” – “Gənclərbirliyi”;
“Kasımpaşa” – “Konyaspor”;
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 58 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə eyni xala malik olan “Fənərbağça” qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…