“Sabah” futbol klubunun baş məşqçi postunda dəyişiklik edilib

11 Mart 2021 19:45

Xəbər 653 dəfə oxunub

Paytaxt təmsilçisi “Sabah” futbol klubunun baş məşqçi postunda dəyişiklik edilib.Azərtac klubun rəsmi saytına istinadən xəbər verir ki, Visente Qomezlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə olunub.Qeyd edək ki, ispaniyalı mütəxəssis 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi. Komanda hazırda Premyer Liqada 16 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.xeber100.com