“Yuventus” klubunun hücumçusu futbol tarixinin ən məhsuldar oyunçusu olub

15 Mart 2021 08:46

Xəbər 932 dəfə oxunub

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo futbol tarixinin ən məhsuldar oyunçusu olub.Azərtac xəbər verir ki, o, bu nailiyyətə bu gün keçirilən İtaliya A Seriyasının 27-ci turu çərçivəsində “Kalyari” ilə oyunda nail olub.Həmin görüşdə “Yuventus” klubu 3:1 hesablı qələbə qazanıb.Portuqaliyalı het-triklə yadda qalaraq karyerasında rəsmi oyunlarda 770-ci qolun vurub. O, bu nəticəyə görə əfsanəvi braziliyalı oyunçusu Peleni qabaqlayıb.xeber100.com