“Real Madrid” futbol klubu yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır

16 Mart 2021 10:18

Xəbər 827 dəfə oxunub

“Real Madrid” klubu bu yay yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.Azərtac xəbər verir ki, Madrid klubu “Latsio”nun futbolçusu Sergey Milinkoviçi transfer etməyi qərara alıb.“Kral klubu”nun serbiyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilib. “Real Madrid” rəhbərliyi Milinkoviçi Luka Modriçin əvəzləyicisi kimi görür.Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm A seriyasında 23 oyuna 6 qol vurub, 8 məhsuldar ötürmə edib.xeber100.com