Beynəlxalq Gimnastika Federasiyasının məlumatı əsasında…

17 Mart 2021 14:46

Xəbər 474 dəfə oxunub

Martın 26-28-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.Azərtac Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycan gimnastları da birincilik uğrunda mübarizə aparacaqlar.Fərdi yarışlarda ölkəmizi Nərminə Səmədova və Arzu Cəlilova təmsil edəcəklər.Turnirdə həmçinin, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da gücünü nümayiş etdirəcək.xeber100.com