“Novruz-2021” şahmat turniri keçiriləcək

19 Mart 2021 12:52

Xəbər 480 dəfə oxunub

Martın 19-da “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə “Novruz-2021” onlayn şahmat turnirinə start verilib.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə təşkil edilən yarış 7 turdan ibarət olacaq. Turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak edirlər.Yarışda ümumi hesabda ilk üç yeri tutan, eləcə də müxtəlif yaş kateqoriyalarında fərqlənən şahmatçılar təltif olunacaqlar.xeber100.com